İspaniya

Simeone ona çatdı: Tarixi rekorda nə qədər qalıb?

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının bütün dövrlər üzrə rekorduna yaxınlaşıb.

Aut.az xəbər verir ki, şənbə günü madridlilər evdə “Real Oviedo”nu Aleksandr Sorlotun dubllu sayəsində 2:0 hesabı ilə məğlub edib.

İndi Simeonenin La Liqada baş məşqçi kimi qazandığı qələbələrin sayı 323-ə çatıb və bu göstəricidə o, Mikel Munyos ilə bərabərləşib. Rekordçu isə Luis Araqonesdir. Onun 344 qələbəsi var.

Dieqo Simeone “Atletiko”nu 2011-ci ilin sonunda çalışdırmağa başlayıb. Hazırda Madrid klubu turnir cədvəlində 31 xalla üçüncü pillədə qərarlaşıb. Növbəti turda komanda hazırkı çempion “Barselona”nın qonağı olacaq.

Aut.az