Avropa Liqasında rəzalət: Rəqibin burnuna lağ edən futbolçu cəzalandı
“Qou Ehed Eqlz”in hücumçusu Viktor Edvardsen Avropa Liqasının “Ştutqart”la oyununda etdiyi jest üçün üzr istəyib.
Aut.az xəbər verir ki, isveçli futbolçu yarımmüdafiəçi Ancelo Stillerin görünüşünə istehza edib. Alman yarımmüdafiəçi anadangəlmə dodaq və damaq yarığı ilə doğulub və qeyri-mütənasib dərəcədə iri buruna malikdir.
Oyun zamanı Edvardsen Stillerə müraciət edərkən qısa müddətə burnuna toxunaraq meydançada dava salıb.
Edvardsen açıqlamasında “Davranışıma görə üzr istəyirəm. Aramızda futbol meydançasında yeri olmayan şeylər danışılıb və edilib. Matçdan sonra üzr istəmək üçün “Ştutqart”ın paltardəyişmə otağına girdim. Mən başqaları üçün nümunəyəm və buna uyğun davranmalıyam” deyib.
Edvardsen 500 avro cərimələnib və bu məbləğ klubun sosial ehtiyaclarına bağışlanacaq Klubun baş direktoru Yan Villem van Dop, “Klub olaraq biz Viktorun davranışını tamamilə pisləyirik. Nə yaxşı ki, o, matçdan sonra üzr istəyib, amma yenə də axşamkı ləkə qalır” deyib.
Qarşılaşma “Ştutqart”ın səfərdə 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Aut.az
