İtaliya

A Seriyası şokda: 6 klub transfer qadağası ilə üz-üzə

A Seriyasında qalmaqal yaşanır, altı klub yanvarda transfer qadağası ilə üzləşmək riski altındadır.

Aut.az xəbər verir ki, “TuttoMercatoWeb”ə görə, buna səbəb kadr xərclərinin gəlirə icazə verilən nisbətini 70%-ə endirən yeni liqa qaydasıdır.

Əgər rəqəm daha yüksəkdirsə, transfer etmək mümkün deyil. Vəziyyəti xilas etməyin yeganə yolu təcili satış və ya kapitalın uyğunlasdırılmasıdır.

Risk altında olan klublar bunlarıdr: “Latsio”, “Napoli”, “Atalanta”, “Fiorentina”, “Torino” və “Cenoa”.

Klublar hazırda sentyabrın 30-dan noyabrın 30-dək olan dövr üçün maliyyə hesabatlarını təqdim edir və kimin bazarda qalacağına, kimin maliyyə təcridinə düşəcəyinə bundan sonra qərar veriləcək.

Aut.az