Digər

“Xilasedici”nin Çelenc Kubokundakı oyunlarının tarixi bilindi

Çelenc Kubokunda Azərbaycanı təmsil edən kişi voleybolçulardan ibarət “Xilasedici” komandasının 1/16 final mərhələsində Belçikanın “Lindemans” klubuna qarşı keçirəcəyi oyunların tarixi bəlli olub.

Aut.az xəbər verir ki, təmsilçimiz ilk matçını dekabrın 9-da Bakıda, cavab görüşünü isə gələn il yanvarın 7-də səfərdə keçirəcək.

Qeyd edək ki, “Xilasedici” 1/32 final mərhələsində Rumıniyanın “Styaua” klubunu mübarizədən kənarlaşdırıb.