Azərbaycan futbolu

“Səbail” uduzdu

Futbol üzrə Azərbaycan I Liqasında IX tura yekun vurulub.

Aut.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.

Lider “Şəfa” növbəti qələbəsini qazanıb. Onların ən yaxın izləyicisi “Səbail” isə məğlub olub.

I Liqa, IX tur

“Difai” – MOİK 1:2
Qollar:
 K.Qardaşlı, 10 – S.Fərəcov, 24, 57

“Şahdağ Qusar” – “Şəfa” 1:2
Qollar:
 P.Azadov, 43, E.Cəfərov, 70

“Səbail” – “Cəbrayıl” 0:2
Qollar: 
A.Eli, 49, D.Açimi, 82