Klubunun tarixinə düşdü: 400-ə çatan ikinci oyunçudur
“Dallas Stars”ın hücumçusu Ceymi Benn NHL-in müntəzəm çempionatında “Edmonton”a qarşı keçirilən oyunda (8:3) qol vurub.
Aut.az xəbər verir ki, bu qol Bennin karyerasındakı 400-cü olub.
36 yaşlı kanadalı “ulduzlar”ı tarixində 400 qol vurmağa nail olan ikinci hokkeyçidir. “Dallas”ın rekordçusu 557 qolla Mayk Modanodur.
Benn “Dallas”da 2009-cu ildə debüt edib və 17 illik karyerasının tamamını bu komandanın heyətində keçirib.
Aut.az
