Digər

Günahsız olduğu üzə çıxdı

Uzunluğa tullanma üzrə çinli idmançı Van Czyananın dopinq testində aşkar edilmiş maddə ilə bağlı müstəqil araşdırma onun qəsdən dopinq istifadəsi ilə əlaqəsi olmadığını təsdiqləyib.

Aut.az xəbər verir ki, 2024-cü il 1 noyabr tarixində idmançının nümunəsində terbutilalin maddəsi aşkar olunmuşdu. Çin Antidopinq Agentliyinin (CHINADA) araşdırmasına görə, 2024-cü il 31 oktyabr və 1 noyabr tarixlərində Van Czyanan qohumunu xəstəxanaya müşayiət etmiş və orada nebulizator vasitəsilə dərman qəbuluna şərait yaradılmışdı. Nebulizasiya zamanı dərman aerosol şəklində havaya səpilir və pasif inhalyasiya nəticəsində maddənin izləri nümunədə aşkar olunub.

29 yaşlı Van Czyanan 2022-ci ildə Orqonada keçirilmiş Atletika üzrə Dünya Çempionatının qalibi və 2015-ci ildə Pekində keçirilmiş dünya çempionatının bürünc mükafatçısıdır.

Bundan əlavə, onun aktivinə 2018 və 2023-cü illərdə Asiya Oyunlarının iki qızıl medalı və 2013-cü ildə Asiya çempionluğu daxildir.

Aut.az