Digər

Deyn Uaytın sevimli döyüşçüləri kimlərdir?

UFC prezidenti Deyn Uayt ən çox bəyəndiyi döyüşçünün adını açıqlayuıb.

Aut.az xəbər verir ki, təcrübəli funksioner irlandiyalı Konor Makreqorun, Çak Liddelli, qadınlar arasında isə Ronda Rouzini qeyd edib.

“Sevimli döyüşçünün olub-olmadığını söyləmək çətindir. Makreqor inanılmaz tərəfdaşdır. Adətən belə super ulduzlarla rastlaşanda özlərini tamamilə eqoist aparırlar. Amma bu adamın biznes anlayışı valehedicidir. O, biznesin necə işlədiyini başa düşən həqiqətən yaxşı tərəfdaşdır. Onunla işləmək xoşdur.

Beləliklə, Konor mənim sevimli döyüşçülərimdən biridir. Ronda Rouzini də deyəcəm. O, yəqin ki, indiyə qədər işlədiyim ən böyükdür.

Üstəlik, mənim Çak Liddellə həqiqətən inanılmaz münasibətim var”, – Uayt deyib.

Aut.az