Aleks Ferqyusonun karyerasında ən uğursuz 4 transfer
Ser Aleks Ferqyusonun “Mançester Yunayted”dəki uğurlarının əsas sirri kimi şotlandiyalının komandasında kimin lazım olduğunu dəqiq hiss etməsi hesab edilir.
O, sonradan tez-tez ulduz olan oyunçularla müqavilə imzalayırdı. Amma bəzən ümidləri doğrultmayanlar da oldu.
Aut.az xəbər verir ki, Ferqyuson avtobioqrafik kitabında “Yunayted”də ən uğursuz 4 transferin adlarını açıqlayıb.
“Erik Cemba-Cemba, Kiran Riçardson, Uilyam Pryune və Ralf Milna. Mənim ən pis transferim? Ralf Milna. Ona görə cəmi 170 min funt sterlinq ödədim, amma buna görə hələ də tənqid olunuram”, – Ferqyuson yazır.
Milna 1988-ci ildə üçüncü divizionda çıxış edən “Bristol Siti” klubundan 170 min funt-sterlinqə “Mançester Yunayted”ə keçib. O, əvvəllər “Dandi Yunayted”də aparıcı oyunçu olub və hətta klubun Şöhrət Zalına daxil edilib. Lakin cinah oyunçusu Mançesterdə uğur qazana bilməyib.
Ralf Milna 2015-ci ildə 54 yaşında vəfat edib.
Aut.az
