Qadın və kişi futbolunda bərabər maaş? – Cəfəngiyatdır
“Bayern”in fəxri prezidenti Uli Hönes qadın futbolunun maliyyə tərəfindən danışaraq, kişi və qadın futbolunda bərabər maaşı “tam cəfəngiyat” hesab etdiyini bildirib.
Aut.az xəbər verir ki, Hönes bu barədə OMR podkastında deyib.
“Qadın futbolçular komanda on milyonlarla gəlir əldə edənə qədər gözləməli olacaqlar. Mən bu bərabər maaş mifini tamamilə cəfəngiyat hesab edirəm. Həmişə hər kəsin öz töhfəsinə görə qazanmasının tərəfdarıyam”.
Hönes qeyd edib ki, qadın futbolu iqtisadi baxımdan “dotasiyalı biznes” olaraq qalır. Onun sözlərinə görə, “Bayern”in qadınlardan ibarət komandası kluba ildə təxminən 6-8 milyon avroya başa gəlir. Hönes “onu həmişə kişilər maliyyələşdirə bilməz” deyib. O, qadın komandalarının son nəticədə özlərini dəstəkləməli olacağına inanır.
Hesablamalara görə, Almaniyada kişi futbolçular qadın həmkarlarından 30-40 dəfə çox qazanır. Hönes hesab edir ki, idmançıların özləri bu vəziyyəti dəyişə bilərlər. Həmin podkastda o, qadın futbolunu “zərər gətirən bir iş” kimi təsvir edib.
Aut.az
