Çempionlar Liqası

“Meydanda 150 futbolçusu olsa belə, yenə də qol vura bilməyəcəkdilər”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 5-ci turunda “Ayaks” üzərində 2:0 hesablı qələbəsini şərh edib.

Aut.az xəbər verir ki, bu, “qartallar”ın turnirdə ilk xalları olub

“Əgər matçın lap əvvəlində qol vurursunuzsa, bu, sizə müsbət təsir edir. Söhbət təkcə hesab üstünlüyündən deyil, həm də emosional üstünlükdən gedir. Turnir baxımından bu qələbə bizə yeni həyat verir. Hətta heç-heçə olsaydı, bizim üçün daha çətin olardı. Düşünürəm ki, əgər yekunda doqquz xal toplasaq, yaxşı şanslarımız olacaq. Daha iki qələbə qazanmaq lazımdır.

Matçın sonunda belə bir hiss yaranmışdı ki, hətta “Ayaks”ın meydanda 150 futbolçusu olsaydı belə, yenə qol vurmazdılar. Futbolçular əla işlədilər və belə bir qələbəni oyundan sonra qeyd etmək çox xoş idi”, – Mourinyonun sözlərini UEFA-nın mətbuat xidməti gətirir.