“Real” və Vinisius arasında danışıqlar bitdi: Bu qərarı verdilər
Braziliyalı hücumçu Vinisius Junior və “Real” əməkdaşlığı uzatmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər artıq razılığa gəlib və son günlər yayılan xəbərlər, o cümlədən Vinisiusun baş məşqçi Xabi Alonso ilə yaşadığı iddia edilən münaqişə müqavilənin uzadılmasına mane olmayacaq.
“Real” Vinisiusu 2018-ci ildə “Flamenqo”dan 45 milyon avroya transfer edib. Braziliyalı hücumçu o vaxtdan bəri Madrid klubunda 338 oyun keçirib, 111 qol vurub və 87 qol ötürməsi edib. 25 yaşlı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Aut.az
