Kurban Berdiyev: “Turnir cədvəlinə fikir vermirik”
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib.
Aut.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynamadıq. İkinci hissədə bir qədər yaxşı idik. Təəssüflər olsun ki, qələbə qazana bilmədik.
– Hakimlikdən razı qaldız?
– Tək mənə yox, digər məşqçilərə də hakimliklə bağlı sual verirsiz. Əgər heç nə dəyişmirsə, bu suallar vermək nəyə lazımdır?
– Komandanın ikinci pillədə olması sizi razı salır?
– Turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna köklənirik.
