Corcina, Mask, İnfantino: Ronaldo onlarla şelfi çəkdirdi – FOTO
“Əl-Nəsr”in və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun Ağ Evdə keçirilən görüşdə iştirak etdiyi barədə məlumat vermişdik.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın səfəri şərəfinə Ağ Evdə keçirilən qala-ziyafətin xüsusi qonaqlarından biri də Kriştiano olub.
Aut.az xəbər verir ki, qəbulda 40 yaşlı portuqaliyalı “SpaceX” və “Tesla” şirkətinin baş direktoru İlon Mask, FİFA prezidenti Canni İnfantino və həyat yoldaşı Corcina Rodrigeslə selfi çəkdirib.

