Dünya futbolu

Messinin oğlunun qarşısını ancaq belə ala bildilər – VİDEO

“İnter Mayami”nin ulduzu Lionel Messinin kiçik oğlu Çiro diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, o, meydanda atasının üslubunu xatırladan mini-performans sərgiləyib. Diriblinq ilə bir neçə həmyaşadını ötən Çiro onu izləyənlərə kimin oğlu olduğunu xatırladıb. 7 yaşlı oğlanı ədalətli oyunla dayandırmaq mümkün olmayıb. Hətta Messinin dostu Luis Suaresin böyük oğlu da bu işin öhdəsindən gələ bilməyib.

Belə olan halda oyuna Messinin böyük oğlu Mateo qoşulub. O, kiçik qardaşına rəhm etməyərək, onu itələyib. Amma az sonra özü də yerə yıxılıb.

Bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Fanatlar yaxın gələcəkdə Çironun timsalında Leoya bənzəyən yeni ulduz izləyəcəklərinə inanmağa başlayıblar.