Azərbaycan futboluManşet

Ehtiram Quliyev 3 aydır onların məvacibini vermir

«Turan Tovuz»un akademiyasında çalışan məşqçi və işçilər 3 aya yaxındır əməkhaqqı almır.

Aut.az xəbər verir ki, bu barədə “Sportinfo”ya şikayətçilər bildiriblər.

“Redaksiyamızla əlaqə saxlayan iki məşqçi aylardır maaş üzünə həsrət qaldıqlarını bildiriblər.

Onların sözlərinə görə, İdarə Heyətinin sədri Ehtiram Quliyev bütün diqqətini əsas komandaya yönəldib, uşaq futboluna nəzarət etmir:

«Vəziyyət burada pisdir. Üç aydır pulu üzü görmürük.

Dəfələrlə klubun ayrı-ayrı şəxslərinə müraciət etmişik. Ya «gözləyin» deyirlər, ya da «bilmirik».

Bəzən çiyinlərini çəkirlər. Hətta verdiyimiz suala acığı tutanları da görmüşük.

Onların nə vecinə, ayda filan qədər maaş alırlar. Daha bizim kimi aşağı pul almırlar ki…

Ehtiram Quliyevi görə bilmirik. Ona yaxın buraxmırlar bizi.

Əməlli-başlı dilxor olmuşuq. Çünki dərdimizi deməyə adam tapmırıq. Bizə kömək edən yoxdur. Dünənə kimi geyim və forma dərdi çəkirdik, indi bunun üstünə maaş dərdi də gəlib”, – məqalədə deyilir.

Aut.az