İspaniya

“Barsa” rəsmən elan etdi: Bu tarixdə “Kamp Nou”ya qayıdır

“Barselona” “Atletik Bilbao” ilə La Liqa matçını yenilənmiş “Kamp Nou”da keçirəcək.

Aut.az xəbər verir ki, bu barədə klub sosial media hesabında məlumat yayıb. Qarşılaşma 22 noyabr, şənbə günü baş tutacaq. Bununla belə, 99 354 tamaşaçı tutumlu stadion hələlik bütün tənzimləmə prosedurlarını başa çatdırmadığı üçün yalnız 45 000 azarkeş qəbul edə biləcək.

“Barselona” sonuncu dəfə “Spotify Camp Nou”da 2023-cü il mayın 28-də İspaniya çempionatının 37-ci turunda “Malyorka”ya qarşı oynayıb – 3:0.

Aut.az