Digər

Azərbaycan millisi uduzdu

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.

Aut.az xəbər verir ki, yığma bu dəfə Qazaxıstan ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 34:31.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Özbəkistana uduzub – 26:28. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.