“Liverpul”un problemi odur: “Yunayted”in əfsanəsi açıqladı
“Mançester Yunayted”in keçmiş hücumçusu Duayt York “Liverpul”un Premyer Liqadakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, York bu barədə “Snabbare”yə müsahibəsində deyib.
“Liverpul”un problemi Florian Virtsdir. Onun transferi üçün ödədikləri pul da müəyyən çətinliklər yaradır.
Arne Slot, Ekitieki və İsakın birlikdə qol vura biləcəklərini anlamaq üçün özünə və instinktlərinə güvənməlidir, çünki hər ikisi fərdi şəkildə qol vurmağa qadirdir. Onlar birlikdə rəqiblər üçün əhəmiyyətli təhlükə yarada bilər”, – Duayt bildirib.
Aut.az
