FİA “yaşıl işıq” yandırdı: Artıq bunu edə bilərlər
Beynəlxalq Avtomobil Federasiyasının komissiyası növbəti mövsüm üçün Formula-1-in reqlamentlərinə dəyişiklikləri təsdiqləyib.
Aut.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bundan sonra pilotlar öz yarış nömrələrini dəyişə biləcəklər. 2014-cü ildən Formula-1-də pilotların karyerələri boyunca istifadə etdikləri daimi nömrə sistemi tətbiq olunurdu. Yeni sistemin necə işləyəcəyi barədə detallı məlumat isə açıqlanmayıb.
Qeyd edək ki, nömrələr arasında yeganə istisna “1” nömrəsidir. Birinci nömrəni yalnız hazırkı dünya çempionu götürə bilər. Bununla belə, çempion bu nömrədən imtina edib öz daimi nömrəsi ilə qalmaq hüququna malikdir. Luis Hemilton “Mercedes”də olduğu dövrdə bu hüquqdan istifadə edirdi.
Aut.az
