Formula 1

Bir gündə iki rekord: Ferstappen tarix yazdı

İtaliya Qran Prisinin təsnifat mərhələsi “Red Bull”un pilotu Maks Ferstappenin sayəsində tarixə düşüb.

Aut.az xəbər verir ki, bu barədə “Autosport” məlumat yayıb.

Ferstappen İtaliya Qran Prisinin poulunu Lando Norris və Oskar Piastridən ibarət Malaren tandemindən qabaq tutub. Maks 1:18.792 saniyəlik dövrə vurub ki, bu da Monzada yeni rekord deməkdir.

Dördqat dünya çempionu 2020-ci ildə Lyuis Hemiltonun rekordunu (1:18.887) qırıb.

Üstəlik, Ferstappen bu qələbə dövrəsini orta hesabla 264,68 km/saat sürətlə başa vurub ki, bu da turnirin tarixində ən yüksək göstərici olub.

İtaliya Qran Prisi bu gün, sentyabrın 7-də keçiriləcək.

Aut.az