Mourinyo Türkiyədən borcla ayrılıb
“Fənərbağça”nın sabiq baş məşqçisi Joze Mourinyo klubdan otel və göstərilən xidmətlər üçün ödənilməmiş borc saxlayaraq ayrılıb.
Aut.az xəbər verir ki, bu barədə “Record Portugal” məlumat yayıb.
Xəbərə görə, borcun məbləği 747 min avro təşkil edir.
Hazırda portuqaliyalı mütəxəssis karyerasını vətənində davam etdirir və “Benfika” klubuna rəhbərlik edir.
Aut.az
