İngiltərə

Runi “Liverpul”un sayılmayan qoluna belə reaksiya verdi

İngiltərə milli komandası sabiq hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasının 11-ci turunda “Liverpul”un “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olduğu oyunda baş hakim tərəfindən verilən qərarı şərh edib.

Aut.az xəbər verir ki, Oyunun 38-ci dəqiqəsində hakim Kris Kavana qonaqların müdafiəçisi Vircil van Deykin vurduğu qolunu qapıçıya qarşı edilən faul səbəbindən ləğv etmişdi.

“Van Deykin vurduğu qol hesablanmalıydı. Düşünmürəm ki, Endi Robertson Donnarummaya sıxışdırma tətbiq etmişdi. “Mançester Siti”nin qapıçısı topu tam görürdü, ona görə də mənim fikrimcə bu qərar düzgün deyildi”, — deyə Runi bildirib.

11 turdan sonra Merseysayd təmsilçisi 18 xalla turnir cədvəlində səkkizinci sırada qərarlaşıb. “Mançester Siti” isə 22 xalla ikinci pillədədir və lider “Arsenal”dan dörd xal geri qalır.

Aut.az