Levandovski Neymarı ötdü, Enrikeyə çatdı
La Liqanın 12-ci turu çərçivəsində keçirilən oyunda “Selta” ilə oyunda het-trik edən “Barselona”nın forvardı Robert Levandoski üçün əlamətdar olub.
Aut.az xəbər verir ki, bu qollar polşalı futbolçunun “Barselona” forması altında vurduğu 106-cı, 107-ci və 108-ci olub. Bununla da Levandovski klub tarixində ən çox qol vuran oyunçular siyahısında Neymarə (105 qol) ötüb və hazırda PSJ-nin baş məşqçisi olan Luis Enrike ilə (108 qol) 13-cü yeri bölüşür.
Siyahının zirvəsində 672 qolla Lionel Messi qərarlaşıb. Onun ardınca 226 qolla Sesar Rodriqes gəlir.
Qeyd edək ki, görüş “Barselona”nın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Aut.az
