Bədbin danışdı: Mbappe uğur vəd etmir, PSJ onunla heç nə qazanmadı
La Liqanın prezidenti Xavyer Tebas fransalı forvard və dünya çempionu Kilian Mbappenin “Real Madrid”ə keçidi ilə bağlı fikirlərini bölüşüb.
“Heç bir futbolçu, nə qədər yaxşı olsa da, sizə uğur zəmanət vermir. Biz futbol oynamalıyıq. PSJ-ni götürsək, onlarda eyni vaxtda Neymar, Messi və Mbappe var idi və bir dənə də olsun avrokubok qazana bilmədilər”, – “Marca” Tebasdan sitat gətirib.
Mbappe ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 48 matçda 44 qol vurub və 10 məhsuldar ötürmə verib. Kilian Paris klubunun tarixində ən çox qol vuran futbolçudur.
Aut.az
