“Yunayted”in ulduzu adını niyə dəyişib?
“Mançester Yunayted”in futbolçusu Harri Maquayr adının dəyişdirilməsindən danışıb.
Aut.az xəbər veririr ki, Maquayr bu barədə “TNT Sports”a müsahibəsində deyib.
“Doğulanda anam mənə Ceykob Harri (Maquayr) adını qoymağa qərar verib. Üç aydan sonra insanlar məni Ceyk adlandırmağa başlayıblar. Bu, onun xoşuna gəlməyib, ona görə də adların yerini dəyişib – Harri Ceykob.
Amma o, mənim 18 yaşıma çatana qədər pasportumda bunu dəyişə bilmədi. 18 yaşım tamam olan kimi adımı rəsmən dəyişdim, ona görə də indi kağız üzərində mən əslində Harri Ceykobam”.
Aut.az
