Mer bu şəhərin açarını Messiyə təqdim etdi – FOTO
“İnter Mayami”nin hücumçusu Lionel Messi Amerika Biznes Forumunda çıxış edib.
Aut.az xəbər verir ki, tədbirdən sonra Mayami şəhərinin meri Frensis Suares Mayami şəhərinin açarını ona təqdim edib.
“Şəhər, ölkə və futbol dünyası üçün etdiyiniz hər şeyə görə bu açarı sizə təqdim etmək istəyirəm. Təşəkkür edirəm”, – Suares deyib.
“Təşəkkür edirəm, mən çox fəxr edirəm. Bu şəhərdə yaşadığımız üçün özümüzü çox xoşbəxt hiss edirik. Və bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Təşəkkür edirəm”, – Messi deyib.
Argentinalı 2023-cü ilin iyulundan “İnter Mayami”də çıxış edir.
Aut.az

