Dünya futbolu

Enrike “Barselona”nın müdafiəçisinə göz dikdi

PSJ-nin baş məşqçisi Luis Enrike qış transfer pəncərəsində komandanın müdafiə xəttini gücləndirmək niyyətindədir.

Aut.az xəbər verir ki, onun əsas transfer hədəfi “Barselona”nın oyunçusu Erik Qarsiyadır.

“L’Équipe” yazır ki, Enrike 24 yaşlı müdafiəçinin böyük pərəstişkarıdır və onunla İspaniya millisində uğurla çalışıb. Mütəxəssis Qarsiyanın soyuqqanlı oyun tərzini, topla davranış bacarığını və taktiki çevikliyini yüksək qiymətləndirir. Onun fikrincə, bu xüsusiyyətlər topa nəzarət üzərində qurulan PSJ-nin oyun sisteminə mükəmməl uyğun gəlir.

Paris klubunun marağı xüsusilə müdafiə xəttindəki bir sıra itkilər, o cümlədən Əşrəf Hakiminin zədələnməsi fonunda daha da artıb.

Qarsiyanın həm mərkəz müdafiəçisi, həm də sağ cinahda oynaya bilməsi onu PSJ üçün prioritet namizəd edir. Gözlənilməz şəkildə Hansi Flikin rəhbərliyi altında “Barselona”nın əsas oyunçularından birinə çevrilən ispaniyalı futbolçu bu mövsüm artıq 15 oyunda 1100-dən çox dəqiqə meydanda olub.

Qarsiyanın “Barselona” ilə müqaviləsi gələn yay başa çatır. Buna görə də PSJ iki variantı nəzərdən keçirir: ya yanvarda endirimli transfer barədə razılıq əldə etmək, ya da oyunçu ilə yayda pulsuz keçid üçün ilkin müqavilə bağlamaq.

Aut.az