Qaydasız döyüş

Prezident erməni döyüşçüyə görə FTB-yə müraicət etdi

UFC prezidenti Deyna Uayt bildirib ki, təşkilat 2 noyabrda Las-Veqasda keçirilən turnirdə Ayzek Dulqaryan ilə Yadjer del Valye arasında baş tutan döyüşlə bağlı şübhəli mərc fəaliyyəti səbəbilə Federal Təhqiqatlar Bürosu (FBI) ilə əlaqə saxlayıb.

Aut.az xəbər verir ki, Uaytın sözlərinə görə, UFC-nin mərc dürüstlüyünə nəzarət üzrə tərəfdaşı döyüşdən bir neçə saat əvvəl xəbərdarlıq edib ki, Dulqaryan favorit sayıldığı halda çoxlu sayda mərc Del Valyenin qələbəsinə və döyüşün birinci raundda bitəcəyinə qoyulub.

“Biz döyüşçüyə və onun vəkilinə zəng etdik və dedik ki, nə baş verir? Sizin döyüşünüzə qəribə mərclər qoyulur. Kiməsə borcunuz var? Kiminsə sizə təzyiqi olub?’ O dedi ki, xeyr, əsla. Mən onu məhv edəcəyəm. Biz də yaxşı dedik. Döyüş birinci raundda boğma fəndi ilə başa çatdı. Bizim etdiyimiz ilk şey Federal Tədqiqatlar Bürosuna (FTB)zəng etmək oldu”, — deyə Uayt TMZ-yə bildirib.

Döyüşdən bir gün sonra erməni əsilli Dulqaryan UFC-dən qovulub.

Aut.az