Neymar hamını aldatdı, yalnız qapıçı… – VİDEO
Neymar futbolda yeni fəndlər göstərməyə davam edir.
Aut.az xəbər verir ki, “Santos”un “Fortaleza”ya qarşı oyunu zamanı o, bu dəfə qeyri-adi cərimə zərbəsi sayəsində azarkeşləri təəccübləndirib.
Matçın son dəqiqələrində hesab 1-1 olarkən Neymar cərimə zərbəsi vurub.
O, əvvəlcə topa zərbə vururmuş kimi jest edib. Canlı səddə duran futbolçular bu jestdən çaşıblar. Neymar “koridor” tapan kimi zərbə endirib. Onun zərbəsi dəqiq alınıb, amma rəqib qapıçı Neymarın imitasiyasına aldanmayıb və parlaq reaksiya göstərərək, komandasını xilas edib.
Aut.az
Good morning FT
Did you catch that move from Neymar? It was 10/10 🧠pic.twitter.com/8vN8TQpKFj https://t.co/XpZ9aRyQme
— ChroniBall XI (@chroniballXI) November 4, 2025
