“Bayern” UEFA-ya şikayət etdi: Paris polisindən
“Bayern” klubu Paris polisinin Çempionlar Liqasında PSJ ilə oyunla bağlı qərarından Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) rəsmi etiraz edib. Qarşılaşma noyabrın 4-nə nəzərdə tutulub.
Aut.az xəbər verir ki, Fransa paytaxtının hüquq-mühafizə orqanlarının əmrinə əsasən, qonaq komandanın azarkeşlərini daşıyan bütün avtobuslar oyundan əvvəl şəhər hüdudlarından kənarda pullu dayanacaqda toplaşmalıdır. Digər “Bayern” azarkeşlərindən “Parc des Princes” stadionuna yalnız ictimai nəqliyyatla getmələri tələb olunur. Final fitindən sonra bütün azarkeşlər öz avtomobillərinə qayıtmalı, avtobuslar polisin müşayiəti ilə şəhəri tərk etməlidir.
Münhen klubunun bəyanatında vurğulanıb ki, bu cür tədbirlərin həyata keçirilməsi qəbuledilməzdir.
“Bavariya” dərhal UEFA-ya etiraz edib və bütün mövcud qanuni vasitələrə əl atmaq niyyətindədir. Klub nümayəndələri həmçinin qeyd ediblər ki, PSJ bu məsələdə onların mövqeyini dəstəkləyir.
Üç turdan sonra hər iki komandanın 9 xalı var və Çempionlar Liqasının ümumi mərhələsində qrup liderliyini bölüşür.
Aut.az
