“Barselona” son 2 ildə ilk dəfə belə vəziyyətlə üzləşdi
Noyabrın 2-də keçirilən La Liqanın 11-ci turunda “Barselona” evdə “Elçe”ni qəbul edib.
Aut.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qələbə və topa nəzarətə əsaslanan ənənəvi oyun tərzinə baxmayaraq, bu dəfə topa sahibolma faizi “Elçe”nin xeyrinə olub – 51%-ə qarşı 49%.
“Barca Universal”ın məlumatına görə, “Barselona” La Liqa matçlarında topa sahibolma baxımından ilk dəfə 2023-cü ilin noyabrından bəri rəqibinə uduzub.
Aut.az
