İngiltərə

Aydın plan var: “Yunayted”in gələcək üçün hədəfi bəllidir

“Mançester Yunayted”in idman direktoru Ceyson Uilkoks bildirib ki, klubun aydın inkişaf strategiyası var.

Aut.az xəbər verir ki, rəsminin sözlərinə görə, plana baş məşqçi Ruben Amorimi dəstəkləmək üçün yeni transferlər də daxildir.

Klubun mətbuat xidmətinə müsahibə verən Uilkoks qeyd edib ki, “qırmızı şeytanlar” gələcəkdə üçün ingilis və dünya futbolunun zirvəsinə qayıtmağa kömək etməli olan plan hazırlayıblar. Və bu plana görə, Amorim “Mançester Yunayted” rəhbərliyinin tam dəstəyini alacaq.

“Aydın planımız var. Nə etməli olduğumuzu, komandanın hansı cəhətlərini yaxşılaşdırmalı olduğumuzu bilirik. İlk dördlüyə düşmək və daim Çempionlar Liqası yerləri uğrunda mübarizə aparmaq, Çempionlar Liqasını qazanmaq, Premyer Liqanı qazanmaq üçün heyətə sərmayə qoymalıyıq.

Düzgün oyunçular almalıyıq. İstedadlı, lakin təzyiqi də idarə edə bilən, komandanı irəli apara bilən düzgün oyunçular. Söhbət təkcə elit istedada imza atmaqdan getmir, onlar düzgün xarakterə malik olmalı və komandaya yeni nəsə gətirə biləcək oyunçu olmalıdırlar”, – Vilkoks deyib.

Aut.az