İspaniya

Vinisiusu satıb bu futbolçunu alardım – Sabiq “Real”lı

“Real”ın keçmiş oyunçusu Alfonso hesab edir ki, klub Vinisius Junioru satmalıdır.

Aut.az xəbər verir ki, o, bu barədə İspaniya mətbuatında danışıb:

“Vinisiusdan razı deyiləm. Bəzi insanlar məni tənqid edə bilər, amma… Mən onu satıb mərkəz hücumçusu ilə müqavilə imzalayardım. Düşünürəm ki, ” Real Madrid”ə mütləq mərkəz hücumçusu lazımdır.

Vinisiusun meydandakı çıxışını bəyənmirəm. Bunun nə ona, nə də “Real”a xeyri yoxdur… Çox üzr istəyirəm, amma dünyanın ən yaxşı mərkəz hücumçusu ilə müqavilə imzalamaq üçün onu satardım. Qollara gəlincə, bu Haalanddır”.

Aut.az