Venger “Barselona”nı tənqid etdi: Oğlanlar kişilərə qarşı oynayırdılar
“Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger “Real”a 1:2 hesabı ilə uduzan “Barselona”nın futbolçularını sərt tənqid edib.
Aut.az xəbər verir ki, fransız mütəxəssis bu sözləri deyib:
“Xabi Alonso bu gün komandasını çox yaxşı balanslaşdırmışdı və ümumilikdə demək olar ki, bəzi epizodlarda bu oyun “oğlanlara qarşı kişilər” qarşıdurmasını xatırladırdı.
Məsələn, “Real”ın müdafiə oyunu “Barselona”nın müdafiəsindən qat-qat güclü idi. Hücumda isə Madrid klub istənilən an əlavə qol vura biləcək kimi görünürdü, “Barselona” isə Robert Levandovski və Rafinyasız dişsiz hücum xəttinə malik idi.
Mbappe penaltini qaçırdıqdan sonra ikinci hissədə “Barselona” topa daha çox sahib oldu, lakin onların qol vurmaq arzusu belə yox idi”.
Aut.az
