Ronaldo yüksək səviyyədə çıxış etməsinin əsas sirrini açıqladı
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo uzun illər yüksək səviyyədə çıxış etməsinin əsas sirrini açıqlayıb.
Aut.az xəbər verir ki, 0 yaşlı ulduz “Whoop” platformasında yayımlanan videoda deyib:
“Yuxu mənim əsas vasitəmdir. Mən nə vaxt yatmalı, nə vaxt oyanmalı olduğum vaxta ciddi əməl edirəm. Məsələn, saat 11 və ya 12-də yatır, 8:30-da oyanıram. Bu, mənim gündəlik rutinimdir.
Bəlkə də sağlamlığı qorumaq baxımından həyatda sahib olduğumuz ən vacib şey elə budur”.
Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Bu müddətdə o, bütün turnirlərdə 112 oyuna çıxaraq 99 qol vurub və 21 qol ötürməsi edib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Aut.az
