Dünya futbolu

“Qlazqo Reyncers” onu qovdu

“Qlazqo Reyncers” Rassel Martinin baş məşqçi postundan istefa verdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Qlazqo klubunun açıqlamasında deyilir:

“Rassel və işçiləri klubda səylə çalışdılar. Keçid dövrləri vaxt tələb edir, lakin nəticələr gözləntiləri doğrultmadı”.

Martin iyunun 5-dən “Reyncers”ə rəhbərlik edirdi. Yeddi oyundan sonra komanda 8 xalla Şotlandiya Premyer Liqasında 8-ci yerdədir.

“Reyncers” ümumilikdə Avropa Liqasında hər iki matçda məğlub olub – “Genk” (0-1) və “Şturm” (1-2).

Klub daha əvvəl Çempionlar Liqasına vəsiqə qazana bilməyib, pley-offda “Brügge”yə uduzub (1:3, 0:6).

Aut.az