“Barselona” ulduzunu 40 milyona satmaq istəyir: O isə…
“Barselona” müdafiəçi Ronald Arauxo üçün yeni klub tapmaq və onu qış transfer pəncərəsində satmaq niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu 26 yaşlı uruqvaylıdan təxminən 40 milyon avro qazanmaq istəyir.
“Sport.es” isə futbolçumim 2026-cı ilin yayında klubdan ayrılmaqdan imtina etdiyini yazıb. O, “Çelsi”, “Liverpul”, “Tottenhem” və “Yuventus”a “Barselona”da qalmaq istədiyini bildirib. Arauxonun klubla müqaviləsi 30 iyun 2031-ci ilə qədər qüvvədədir.
2025/26 mövsümündə uruqvaylı müdafiəçi bütün turnirlərdə 7 matçda iştirak edib və 1 qol vurub. “Transfermarkt” onun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Aut.az
