Basketbol

“Sumqayıt” uduzdu

Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib.

Aut.az xəbər verir ki, B qrupunda yer alan komandalardan “Sumqayıt” “Ordu”nun qonağı olub.

Qarşılaşma “Ordu”nun 116:81 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, ötən gün A qrupunun oyununda “Sabah” “Gəncə”ni məğlub edib – 87:68. Bu gün B qrupunun digər matçında isə “Lənkəran” “Quba”nı 102:87 hesabı ilə üstələyib.