Kateqoriyasız

Osimhen Burak Yılmazın rekordunu qırdı

Çempionlar Liqasının üçüncü turu çərçivəsində “Qalatasaray” “Bude-Qlimt” klubu ilə qarşılaşıb. İstanbul təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, matçın əsas qəhrəmanı hücumçu Viktor Osimhen olub. Nigeriyalı futbolçu artıq ilk hissədə dubl etməklə komandasının qələbəsində pay sahibi olub.

Osimhen ardıcıl yeddinci avrokubok oyununda (“Qalatasaray”ın təsnifat mərhələləri nəzərə alınmadan) qol vuraraq klubun yeni rekordunu müəyyənləşdirib. Əvvəlki göstərici Burak Yılmaza məxsus idi. O, ardıcıl altı oyunda fərqlənmişdi.

Okan Burukun yetirmələri üç turdan sonra altı  xal toplayıb və turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. “Qalatasaray” növbəti Çempionlar Liqası oyununu 5 noyabrda səfərdə Niderlandın “Ayaks” klubuna qarşı keçirəcək.

Aut.az