Avroliqanın hakimi saxlanıldı: Görün nədə ittiham olunur
Avroliqanın hakimi Uros Nikoliç Serbiya polisi tərəfindən həbs olunduqdan sonra qeyri-müəyyən müddətə vəzifəsindən kənarlaşdırılıb.
Aut.az xəbər verir ki, bu barədə “BasketNews” məlumat yayıb.
Mənbənin məlumatına görə, 40 yaşlı serb 10 nəfərin həbsi ilə nəticələnən beynəlxalq polis əməliyyatı zamanı saxlanılıb. Polis Nikoliçin mənzilində 250 min avro tapıb.
Arbitr “Vraçarci ” kimi tanınan mütəşəkkil cinayətkar qrupla əlaqədə şübhəli bilinir. Bu qrupun yeddi üzvünün son illərdə Serbiyada iki qətl və üç adam öldürməyə cəhd etməkdə şübhəli bilinərək həbs edildiyi bildirilir.
Serbiya Basketbol Federasiyası (KSS) Nikoliçi qeyri-müəyyən müddətə basketboldan kənarlaşdırıb. Avroliqa da eyni addımı atıb.
Qeyd edək ki, Uroş Nikoliç 2021 və 2024-cü illərdə Avroliqanın “Dördlər finalı”nı idarə edən hakimlər briqadasında olub. Bu mövsüm Nikoliç Avroliqanın normal mövsümündə dörd oyun keçirib.
Aut.az
