İngiltərə

Əfsanədən Slota: Salah mübahisəsiz əsas heyət oyunçusu olmamalıdır

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager hesab edir ki, Məhəmməd Salah artıq Mersisayd klubunun daim əsas heyət üzvü olmamalıdır.

Aut.az xəbər verir ki, o, bunu misirli futbolçunun ardıcıl yeddi Premyer Liqa oyununda qol vura bilməməsi ilə əlaqləndirib:

“Slot xərclənən pulları və onların yaş fərqini nəzərə alaraq komandanı İsak və Virtsin ətrafında qurmalıdır. Mən Salahı çox sevirəm, amma o, artıq “Liverpul”un sağ cinah müdafiəçisinə kömək etmir. Onu tənbəlliyinə və geri qayıtmaq istəmədiyinə görə tənqid etmirəm. Biz Arne Slotu Salahın bu rolu oynamağa icazə verdiyinə görə tərifləyirdik — adi bir cinah oyunçusu kimi. Amma əgər hücumda ondan kifayət qədər verimlilik almırsansa və müdafiədə açıq şəkildə nəsə itirirsənsə, bu zaman üstünlük aradan qalxır.

İndi Salah barədə deyə biləcəyim odur ki, düşünürəm, biz artıq o mərhələdəyik ki, o, Vircil van Deyk kimi mübahisəsiz əsas heyət oyunçusu olmamalıdır.

“Liverpul”un qarşıda iki səfər oyunu var: biri Çempionlar Liqasında “Ayntraxt Frankfurt”la, digəri isə Premyer Liqada “Brentford”la. Mən düşünmürəm ki, Salah bu oyunların hər hansı birində start heyətində olmalıdır. Evdə, “Enfild”də o, hər zaman meydanda olmalıdır, çünki “Liverpul” orada adətən oyuna nəzarət edir, rəqibin cərimə meydançası yaxınlığında çox olur və o, belə şəraitdə qol vura bilir. Amma səfər matçlarında və bu cür oyunların çoxunda mən düşünürəm ki, Salah artıq hər dəfə startda çıxmalı deyil, xüsusilə də hazırkı formasını nəzərə alsaq”.

Aut.az