Messi İbrahimoviçin rekordunu qırdı
38 yaşlı Lionel Messi MLS-in son turunda keçirilən “İnter Mayami” – “Neşvill” (5:2) oyununda het-trik edib.
Aut.az xəbər verir ki, bununla argentinalı ulduz yeni rekorda imza atıb. o, MLS-də 50 qol həddinə cəmi 53 oyuna çatıb.
Messi bu göstəriciyə əvvəl sahib olan Zlatan İbrahimoviç və Yosef Martinesi (54 oyun) geridə qoyub.
Lionel 2023-cü ilin iyulundan “İnter Mayami”də çıxış edir. Mövsümün əsas mərhələsində səkkizqat “Qızıl top” sahibi 28 oyunda 29 qol vurub və 19 məhsuldar ötürmə edib.
Aut.az
