Mahir Emreli oynadı?
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” II Bundesliqada növbəti oyuna çıxıb.
Aut.az xəbər verir ki, sözügedən komanda səfərdə “Karlşrue” ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 3:2.
Mahir bu görüşdə iştirak etməyib. Onun adı heyətə daxil edilməyib.
“Kayzerslautern” 9 turdan sonra 18 xalla 4-cü sıradadır.
