Tennis

Tarixin ən yaxşı qadın tennisçiləri: Endi Roddikin versiyası

Dünya tennisinin sabiq bir nömrəsi, 2003-cü ildə ABŞ Açıq çempionu Endi Roddik tarixin ən yaxşı qadın tennisçilərinin adını çəkib.

Aut.az xəbər verir ki, Roddik bu barədə “Armchair Expert” podkastında deyib.

“Düşünürəm ki, kişi və qadın tennisi arasında ayrılıq olmalıdır. Fikrimcə, tarixin ən yaxşı qadın tennisçiləri Kris  Evert, Martina Navratilova, Steffi Qraf və Serena Uilyamsdır”.

Xatırladaq ki, Kris Evert, Martina Navratilova, Steffi Qraf və Serena Uilyams dəfələrlə “Böyük Dəbilqə” çempionlarıdır. Peşəkar karyerası ərzində amerikalı Serena Uilyams 367 “Böyük Dəbilqə” yarışında qalib gəlib və bu, qadınlar arasında rekordudur.

Aut.az