Şevçenko karyerasını buna görə bitiribmiş: İllər sonra açıqladı
Ukrayna futbolunun əfsanəsi Andrey Şevçenko 35 yaşında futbolçu karyerasını bitirmək qərarının səbəblərini açıqlayıb.
Aut.az xəbər verir ki, onun sözləri “Goal.com” istinad gətirib.
UAF prezidentinin sözlərinə görə, buna səbəb sağlamlıq problemləri olub. Şevçenko əlavə edib ki, futboldan ayrılmasından məmnundur:
“Mən niyə karyeramı 35 yaşında bitirdim? Təbii ki, səhhətimlə bağlı problemlər böyük rol oynadı. Diz və kürəyimdə problemlərim var idi. Amma meydanı tərk etməyimdən razıyam. Doğma “Dinamo”ya qayıtdım, Polşa və Ukraynanın ev sahibliyi etdiyi Avro-2012-də milli ilə vidalaşdım. Bu vida üsulu mənə çox uyğun idi”.
Andrey Şevçenko futbolçu karyerası ərzində Kiyev “Dinamo”su, “Milan” və “Çelsi” klublarında çıxış edib. 2004-cü ildə “Qızıl top”un qalibi Çempionlar Liqası və UEFA Super Kubokunu da qazanıb.
Aut.az
