Azərbaycan millisi FİFA reytinqində irəlilədi
FİFA futbol üzrə milli komandaların oktyabr ayı üçün reytinqini açıqlayıb.
Aut.az xəbər verir ki, Azərbaycan yığması ötən ayla müqayisədə 1 pillə irəliləyib. Komandanın 1142,25 xalı var.
Milli 5,84 xal itirsə də, Toqo yığmasının daha çox geriləməsi fonunda irəliləməyə müvəffəq olub.
DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərimizdən Fransa 1 pillə geriləyib. 1862 xala malik “xoruzlar” dünyanın 3-cü komandasıdır. 1 pillə irəliləyən Ukrayna 27-ci sırada qərarlaşıb. 74-cü olan İslandiyanın mövqeyi dəyişməyib.
Sıralamaya 1880,76 xala malik İspaniya başçılıq edir.
