Basketbol

“Sabah”ın sabiq oyunçusu “Sumqayıt”da

“Sumqayıt” “Sabah”ın sabiq basketbolçusu Fuad Niftəliyevi transfer edib.

Aut.az xəbər verir ki, Təcrübəli oyun qurucusu ilə mövsümün sonuna qədər olan müqavilə imzalanıb.

Niftəliyev “Sabah”ın heyətində iki dəfə Azərbaycan çempionu olub. O, mövsümün ilk iki oyununda “Naxçıvan” klubunun heyətində meydana çıxıb.