Reytinq turnirində qalib gələn ən yaşlı idmançı oldu
Uelsli snookerçi Mark Uilyams Çinin Sinay şəhərində keçirilən turnirin finalında ingiltərəli Şon Mörfini 10-3 hesabı ilə məğlub edərək reytinq yarışının ən yaşlı qalibi olub .
Aut.az xəbər verir ki, Sinayda qələbə çalarkən Mark Uilyams 50 yaş 206 günlük olub.
Əvvəllər reytinq turnirində qalib gələn ən yaşlı snookerçi Uilyamsın həmyerlisi Rey Reardon idi (50 yaş 14 gün). Ən yaşlılar arasında şotlandiyalı Con Higgins də var (49 yaş 287 gün).
Sinaydakı turnirdəki qələbə onun peşəkar karyerasında 27-ci olub.
Aut.az
