Digər

Usman və Poqba: Eyni dərdin sahibləri görüşdülər – FOTO

Yüngül çəki dərəcəsində (70 kq-a qədər) Bellator çempionu Usman Nurməhəmmədov “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba ilə görüşüb.

Aut.az xəbər verir ki, müvafiq foto Nurməhəmmədovun sosial şəbəkədəki səhifəsində yayımlanıb. Xatırladaq ki, daha əvvəl Usman Nurməhəmmədovun uğursuz dopinq testinə görə diskvalifikasiya edildiyi məlum olmuşdu. “Bellator” “B” nümunəsinin nəticəsini aldıqdan sonra Nurməhəmmədovla bağlı yekun qərarı verəcək.

Qeyd edək ki, Pol Poqba da qadağan olunmuş maddələrə görə futboldan uzaqlaşdırılıb. Avqustun sonunda Poqbanın testosteron testi müsbət çıxıb. Təkrar test ilkin nəticəni təsdiqləyib.

Hazırda 30 yaşlı fransalı müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb və yekun qərarı gözləyir.

Usman və Poqba: Eyni dərdin sahibləri görüşdülər - FOTO

Aut.az